Dünən Fly Khiva və AZAL hava yollarının Özbəkistan və Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi Bakı-Səmərqənd-Bakı marşrutu üzrə 1-ci uçuş həyata keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri Vladimir Norov “Twitter“də paylaşım edib.

O, reysin müntəzəm olaraq həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcəyini qeyd edib.

“İndi biz azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik”., - XİN başçısının paylaşımında deyilir.