Bu ilin birinci rübündə Özbəkistan Rusiya qazını 360 milyon dollara alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Statistika Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,35 dəfə və ya 207,3 milyon dollar çoxdur.

Əvvəllər bildirilib ki, bu il ölkə Rusiyadan alınan təbii qazın həcmini sutkada 9 milyon kubmetrdən 32 milyon kubmetrə çatdırmağı planlaşdırır. Magistral qaz kəmərlərinin hazırlanması üçün xarici borcdan 500 milyon dollar ayrılması nəzərdə tutulur.

 

Gözəl Həşimova