Özbəkistan Prezidenti Türkiyə liderini ölkədə keçirilən prezident və parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səsvermənin nəticələri Türkiyə xalqının prezident Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasi islahatları və iqtisadi islahatları dəstəklədiyini göstərir.