"Yaxın qonşular, yaxın ölkələr kimi Azərbaycanın uğurları ilə fəxr edir, onlara sevinirik".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda söyləyib.

Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumiyyətlə son illərdə bütün istiqamətlərdə uğurları ilə qürur duyduqlarını vurğulayan Ş.Mirziyoyev deyib: “Belə ki, yaxın qonşular kimi biz çox sevinirik və uğurlar arzu edirik”.