“İşğaldan azad edilən ərazilərimizdə su ehtiyyatları var. Azərbaycanın mineral sularının 40 faizi işğaldan azad edilən ərazilərimizdədir”.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Oxçuçayın ərazisi ölü zonaya çevrilib.

M.Babayev qeyd edib ki, işğaldan azad edilən ərazilərdə meşələrin bərpa edilməsi də nəzərdə tutulub: "Həmin ərazilərdə milyonlarla ağac əkiləcək”.