Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə dəyərləri mövzusunda növbəti sosial çarx hazırlayıb.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, valideynlər övladlarına hər zaman diqqət və qayğı göstərməli, onların düzgün tərbiyə olunması, qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün hərtərəfli qayğı ilə əhatə etməlidirlər.

"Unutmamalıyıq ki, uşaqlar gələcəyimizi etibar etdiyimiz ən böyük və ən dəyərli layihəmizdir. Onları sevək və daha çox zaman ayıraq", - məlumatda qeyd edilib.