Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri real ifadədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 % artaraq 2 433,7 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu xidmətlərin 73,3 %-ni əhali istehlak edib.

Xidmətlərdən əldə edilən gəlirin 38,9 %-i və ya 947,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.