2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı Mərkəzinə ümumilikdə 179 515 müraciət daxil olub. 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Daxil olan müraciətlərin 87 717-si koronavirus, 41 575-i icbari tibbi sığorta, 29 779-u digər məsələlər, 9 580-i poliklinik xidmət, 8 684-ü əlillik məsələləri və 2 180-i psixoloji dəstəklə bağlı olub. 

Koronavirusla bağlı xəttə daxil olan müraciətlərin  17 208-i koronavirus xəstəliyinin gedişatı haqqında məlumatla bağlı, 26 609-u vaksinasiya ilə bağlı, 43 900-ü COVID-19 testinin nəticəsi ilə bağlı olub.

İcbari tibbi sığorta təminatı ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (12 514), həmçinin dərman təminatı (7 439) barədə olub.