2020-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə özəl subyektlər 512 milyon dollarlıq ixrac həyata keçirib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Belə ki, reytinqə əsasən, ilk yerdə 101,2 milyon dollar ixrac həcmi ilə “Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi gəlir.

İkinci yerdə 88,8 milyon dollar ixrac həcmi ilə “Socar Polymer” MMC qərarlaşıb.