2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, ən çox elmi dərəcə 156 olmaqla filalogiya elmləri üzrə verilib. Mexanika, astronomiya, antropologiya, memarlıq üzrə isə ötən il fəlaəfə doktoru dərəcəsi alan olmayıb.