2022-ci ildə gömrük xətti ilə dövlət büdcəsinə 5654,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049,6 mln. manat və ya 22,8%, 2021-ci illə müqayisədə isə 1311,6 mln. manat və ya 30,2% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabat ilində, Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə gömrük rüsumları üzrə 1419,7 mln. manat köçürülüb. Bu proqnoza nisbətən 119,7 mln. manat və ya 9,2%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 214,2 mln. manat və ya 17,8% çoxdur. Əlavə dəyər vergisi üzrə büdcəyə 4003,1 mln. manat təmin edilib ki, bu da proqnoza nisbətən 918,1 mln. manat və ya 29,8%, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 1072,4 mln. manat və ya 36,6% çoxdur. Aksizlər üzrə daxilolmalar isə proqnoza nisbətən 1,2 mln. manat və ya 0,7% az, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 5,7 mln. manat və ya 3,5% çox, yəni 168,8 mln. manat təşkil edib.