Neftin bir barelinin orta qiyməti bu il 79,1 dollar, gələn il isə 75,31 dollar olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyatın inkişaf perspektivləri ilə bağlı hesabatında deyilir.

Araşdırmaya görə, ötən ilin oktyabrında İsrail-HƏMAS münaqişəsi fonunda neftin qiyməti ilkin olaraq yüksəlsə də, ötən il ümumillikdə 16% azalıb.

Məlumata əsasən, bu ildə neftin illik orta qiyməti təxminən 2,3% azalacaq.

 

Gözəl Həşimova