2023-ci il ərzində daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Emin Nəsirli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb.