2022-ci ildə iqtisadiyyata ümumi kapital qoyuluşunun həcmi 18 mlrd. 272 mln. 297 min manat təşkil edib.

İqtisadiyyat.az Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən xəbər verir ki, ötən il iqtisadiyyata ümumi kapital qoyuluşunun 36.5%-i və ya 6 mlrd. 660 mln. 489 min manatı büdcə vəsaitləri hesabına qoyulub.

Qeyd edək ki, ötən il 2021-ci illə müqayisədə büdcə vəsaitləri hesabına iqtisadiyyata kapital qoyuluşlarının həcmi 49.8% artıb.