2022-ci ildə dövlət büdcəsinin kəsiri 3106,0 mln. manat proqnoza qarşı faktiki olaraq 1383,5 mln. manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Başqa sözlə, büdcə defisiti proqnozdan 1722,5 mln. manat və ya 55,5% az olub.