İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev "Azərbaycan Maliyyə Forumu"nda deyib.
Onun sözlərinə görə, kredit portfelindəki artım isə bu tempi 2.4 dəfə ötərək 18.5% təşkil etmiş və ümumilikdə portfelin həcmi 27.5 mlrd. manat səviyyəsinə yüksəlmişdir:
"O cümlədən, biznes kreditləri 17.2%-lik artımla 14.8 mlrd. manat həcminə çatmışdır. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki artımı da üstələyərək 18.7% olmuşdur".
Z.Nuriyev söyləyib ki, depozit portfeli isə təqribən 9.1%-lik artım ilə 37.7 mlrd. manat səviyyəsinə çatmışdır:
"Buna müqabil, fiziki şəxslərin depozitlərinin həcmi 13.6% artaraq, 14.3 mlrd. manat səviyyəsinə çatmışdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 33.6% təşkil etməkdədir.
Vurğulamaq istədiyim digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin cəmi portfeldəki payı isə cəmi 1.5% təşkil etməkdədir".
"Hesabat ilində bank sektorunun məcmu kapitalı 10.8% (0.6 mlrd. manat) artaraq 6.2 mlrd. manata çatmışdır. Bank sektorunun kapital adekvatlığı 17.6% olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12%, digər banklar üçün 10%) 1.7 dəfə üstələmişdir.
Sektorun ötən il ərzində əldə etdiyi faiz gəliri 4 mlrd. manat, mənfəətin həcmi isə 1044.3 mln. manat təşkil etməkdədir", - Z.Nuriyev əlavə edib.