"İşğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu AMEA-nın Neft və Qaz İnstitutunun direktoru Fəxrəddin Qədirov deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda 12762 zəlzələ olub:

"Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".