2020-ci ildə Argentinadan ölkəmizə 3334 ton yük idxal edilib.

"Azərbaycan Dəmir Yollar" QSC-dən verilən məlumata görə, bunu QSC sədri Cavid Qurbanov Argentinanın Azərbaycandakı səfiri Serxio Perez Qunella ilə görüşdə deyibş

Onun sözlərinə görə, hər iki ölkə arasında tranzit yükdaşımaların həcmi 28 ton, ixrac yönümlü yüklərin həcmi isə 37 411 ton olub:

"Daşınan yüklərin arasında qara metal və mineral tikinti materialları, çörək və ərzaq məhsulları üstünlük təşkil edib".