Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 60 mənzil alıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) ötən ay üzrə mənzil satışı statistikasını açıqlayıb.

Bu ilin fevral ayında Türkiyədə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 17,3% artaraq 93 min 902-ə yüksəlib.

Mənzil satışlarında 16 min 344 mənzil satışı və 17,4% pay ilə İstanbul lider olub.

Ötən ay Türkiyədən ən çox mənzil alanlar Rusiya (395 mənzil), İran (200 mənzil) və İraq (112) vətandaşlarıdır.

 

Gözəl Həşimova