İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) noyabr ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib.

Beləliklə, azərbaycanlılar Türkiyədə ən çox mənzil alanlar siyahısında 7-ci sırada mövqeyini qoruyub.

Hesabat dövründə Türkiyədə mənzil satışları ötən ilin eyni ayına görə 63,6% artaraq 153 min 14 olub.

Noyabr ayında 26 min 320 ilə mənzil satışında ən yüksək paya sahib bölgə İstanbul olub.

Bu dövr əzində Rusiya vətəndaşları Türkiyədə 421 mənzil alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 200 mənzil ilə İran, 160 mənzil ilə Ukrayna vətəndaşları izləyib.

 

Gözəl Həşimova