İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistiksa Komitəsi məlumat yayıb.

Məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 18,4 milyon ton yük daşınıb.

Yüklərin 4,5 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,2 faizi hava, 55,7 faizi avtomobil nəqliyyatı, 31,4 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,8 faiz təşkil edib.

2025-ci ilin yanvar ayında nəqliyyatçılar 157,2 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,9 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.