ABŞ-nin müdafiə naziri Lloyd Ostin Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və ABŞ-nin ölkəyə dəstək verməyə hazır olduğunu təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"ABŞ-nin Ukraynaya davamlı dəstəyini təsdiqləmək üçün bu gün Kiyevdə prezident Zelenski ilə görüşmək mənim üçün böyük şərəf idi", - Ostin qeyd edib.

Ostin əlavə edib ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynaya təxirəsalınmaz döyüş imkanları və uzunmüddətli müdafiə ehtiyaclarını ödəmək üçün kömək etməyə davam edəcək.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi əvvəllər bildirib ki, Birləşmiş Ştatlar administrasiyası Kiyevə yardım üçün ayrılan vəsaitin təxminən 96%-ni xərcləyib. Kirbi ABŞ-dən əlavə böyük yardımın olmamasının Ukraynanın müdafiə qabiliyyətinə pis təsir göstərəcəyini vurğulayıb.