Sosial media mütəxəssisi Orxan Rzayev bir ilkə imza atıb.

Bu gündən etibarən “Eleven Kings Game” və Futbol üzrə Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo (Ronaldinho Gaucho) arasında uzunmüddətli əməkdaşlıq başlayır. Belə ki, yeni startap futbol ulduzunun simasından və sosial media gücündən istifadə etmək imkanı əldə edəcək. Əməkdaşlıqla bağlı şəxsi feysbuk hesabında məlumat verən Orxan Rzayev qeyd edib ki, əsas hədəf oyunu qısa zamanda böyütməkdir.