Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov ilə ''Gəncə İş Adamları'' İctimai Birliyinin idarə heyyətinin sədri Zəfər Məmmədov arasında görüş keçirilib.
Görüş zamanı sosial-iqtisadi məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin Gəncə sənaye parkının yaradılması, texnoparkın açılması, sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da inkişaf etdirilməsilə bağlı danışıqlar aparılıb.
Orxan Məmmədov ''Gəncə İş Adamları'' İctimai Birliyi tərəfindən təşkil ediləcək tədbirlərdə istənilən dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.