Orucun orqanizmə bərpaedici (DNT) təsiri var.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, tanınmış həkim Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, orucun xərçəng hüceyrələrini hazır glikozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilib:

"Orucun sərbəst radikalların təsirinə maneə törətdiyi bilinməkdədir. Oruc tutmaq apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu glikoneogenezis'i fəaliyətə keçirdərək etməkdədir. Üstəlik, orucun hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kök hüceyrələrin əmələ gəlməsinə təkan verdiyi göstərilmişdir".

Tibb elmləri doktoru bildirib ki, qısaca, orucun, eləcə də planlı və istəkli açlığın ömrü uzatdığını tibb elmi sübut edib:

"Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir. Ən böyük fayda isə, bir ayın sonunda çəkinin ən az %5 azalmasıdır. Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir".