Bu barədə İqtisadiyyat.az muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Belə ki, nazirlik konsepsiyanın hazırlanması işlərini Azərbaycan Menecment və İnvestisiya Korporasiyasına həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, korporasiya konsepsiyanı 21 min manata hazırlayacaq. 

Qeyd edək ki, Naxçıvanda orqanik məhsul yetişdiriciliyi də nəzərə alınmaqla kənd təsərrüfatının sürətli inkişafını təmin etmək, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə təsərrüfatçılarının, fermerlərin və digər sahibkarlıq subyektlərinin inkişafına dəstək olmaq, sənaye və qeyri-neft sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına nail olmaq, sosial və iqtisadi inkişafa təsir edərək iqtisadiyyatın şaxələnməsinə töhfə verməkdir.

Layihə hazırlanarkən inkişaf hədəfləri Muxtar Respublikada ənənəvi əkinçilik və heyvandarlıqdan müasir mütərəqqi texnologiyalara əsaslanan kənd təsərrüfatına, o cümlədən orqanik yetişdiriciliyə keçid mərhələləri nəzərə alınmaqla planlaşdırılmalıdır. İlkin mərhələdə rezidentlərdən təzə və emal olunmuş qablaşdırılmış məhsullar toplanılmaqla yanaşı yeni istehsal və emal sahələrinin yaradılması hədəflənməlidir. Birinci mərhələdə hazır qablaşdırma materiallarından, növbəti mərhələdə isə xüsusi dizaynlı qablaşdırma materialları əsasında fəaliyyət tənzimlənməlidir. Bütün mərhələlərdə istehsalçılarla emalçılar, o cümlədən tədarük və təchizatçılar arasında əlaqə zəncirinin qurulması diqqətdə saxlanılmalıdır.İnkişaf Konsepsiyası hazırlanarkən aparılan bütün təhlillər və uyğun görülən fəaliyyət yaradılması nəzərdə tutulan Aqropark (Aqroklaster) də nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil olunmaqla aşağıdakı məsələlərin əhatə edilməsi nəzərdə tutulur:

• Dünya bazarında üstünlük təşkil edən kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının daxili bazarlarında mövcud vəziyyətin və satış imkanlarının müqayisələndirilməsi;

• Məhsuldarlığı üstün olan, yerli iqlim şəraitinə (xüsusilə də Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə), quraqlığa və zərərli orqanizmlərə davamlı yeni növ bitki növlərinin müəyyənləşdirilməsi;

• Məhsuldarlığı üstün olan ətlik və südlük üzrə yerli iqlim şəraitinə (xüsusilə də Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə) uyğun yeni cins heyvanların müəyyənləşdirilməsi və bəslənilməsi tövsiyə olunan ərazilər üzrə, eləcə də bəslənmə şəraiti barədə təkliflərin verilməsi;

• Xarici ölkələrdə, eləcə də Azərbaycan Respublikasının digər bölgələrində keyfiyyətli orqanik istehsala sahib (toxum, gübrə, bitki mühafizə vasitələri istehsalı və cins heyvan yetişdiriciliyi) müəssisələrin müəyyənlədirilməsi və yerli iqlim şəraiti ( xüsusi ilə də Naxçıvan Muxtar Respublikasının iqlim şəraiti) nəzərə alınmaqla təkliflərin verilməsi;

• Orqanik məhsul dövriyyəsinin (istehsal, emal, ixrac, idxal qaydaları, məhsullara, onların qablaşdırılmasına, etiketlənməsinə, saxlanmasına, daşınmasına, satışına və.s) təşkilinə dair dünya təcrübəsinin öyrənilməsi, o cümlədən mövcud qanunvericilik və standartların müəyyənləşdirilməsi;

• Azərbaycan Respublikasında orqanik məhsul dövriyyəsinin (istehsal, emal, ixrac, idxal qaydaları, məhsullara, onların qablaşdırılmasına, etiketlənməsinə, saxlanmasına, daşınmasına, satışına və s.) təşkilinə dair təcrübənin öyrənilməsi, o cümlədən mövcud qanunvericilik və standartların müəyyənləşdirilməsi, təkmilləşdirmə ilə bağlı təkliflərin verilməsi;

• Naxçıvan Muxtar Respublikasında orqanik kənd təsərrüfatı prinsiplərinə əsaslanaraq təmiz atmosfer, torpaq, su mənbələrinin və s. qiymətləndirilməsi;

Naxçıvan Muxtar Respublikasında orqanik və digər kənd təsərrüfatı məhsullarının potensialının qiymətləndirilməsi;

• Keyfiyyətli və rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı üzrə intensiv heyvandarlıq və bitkiçilik təsərrüfatlarının yaradılması üçün muxtar respublikanın ərazisinin qiymətləndirilməsi;

• Naxçıvanda istehsal edilən kənd təsərrüfatı, o cümlədən orqanik məhsulların xarici bazarlara çıxış imkanlarının araşdırılması, seçilmiş ölkələrin tələblərinin müəyyənləşdirilməsi, tələb olunan beynəlxalq sertifikat növlərinin müəyyənləşdirilməsi;

• Aqropark (Aqroklaster) ərazisində istehsal və emal ediləcək məhsulların, o cümlədən orqanik məhsulların müəyyənləşdirilməsi, orqaniklə bağlı nümunəvi sertifikat formasının hazırlanması; • İstehsal və emal olunan məhsulların, o cümlədən onların dövriyyəsində dəstək tədbirlərinin müəyyənləşdirilməsi;

• Muxtar respublikada “Orqanik Naxçıvan” brendi altında dövriyyəsi təşkil ediləcək məhsulların müəssisələrinin (heyvandarlıq, quşçuluq, ət və süd məhsulları, qablaşdırma və emal müəssisələri) yerlərinin müəyyən edilməsi və ərazilərin qiymətləndirilməsinin həyata keçirilməsi (intensiv bitkiçilik və heyvandarlıq təsərrüfatlarının yaradılması üçün torpaqların qiymətləndirilməsi);

• Orqanik məhsulların qablaşdırılma və etiket nümunələrinin hazırlanması;

• İstehsal olunan kənd təsərrüfatı məhsullarının, o cümlədən orqanik məhsulların marketinqini,daxili və xarici bazarlara çıxışını təşkil etmək, həmçinin “Orqanik Naxçıvan” brendinin tanıdılması üçün beynəlxalq standartların tələblərinin müəyyən edilməsi;

• Məhsul istehsalçıları və emalçıları ilə işləmə qaydalarının və şərtlərin müəyyənləşdirilməsi, rezidentlərin seçilməsi, müqavilə formalarının hazırlanması; • Torpaq sahələrindən, su ehtiyatlarından və infrastrukturdan daha səmərəli istifadəyə imkan verən innovativ texnologiyaların tətbiq edilməsi üçün təkliflərin verilməsi və əsaslandırılması;

• Yerli toxumların, gübrələrin və digər vasitələrin istehsalının (orqanik də daxil olmaqla) təşkilinin və satış imkanlarının araşdırılması;

• Məhsul yetişdiriciliyində iqlim dəyişkənliyi nəzərə alınmaqla davamlı sortların yetişdirilməsinə dair təkliflərin verilməsi;

• Orqanik məhsullarla qida təhlükəsizliyinin və insan sağlamlığının qorunması istiqamətində kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə (Facebook, İnstagram,Youtube və s.) təbliğatının aparılması üçün marketinq planının hazırlanması;

• Texniki innovasiyalara xüsusi yer ayırmaqla “Orqanik Naxçıvan” brendinin tətbiqetməsinin (application) yaradılmasına dair planın hazırlanması, rəqəmsallaşma prosesində vətəndaşlara təqdim olunan brend barədə xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi edilməsin dair planın hazırlanması.