Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı iddiaya cavab verib. 

Nazirliyin açıqlamasında bildirilir:

Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.