İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Macarıstan rəhbərinin mətbuat katibi Bertalan Havaşi bildirib.
O, Orbanın 20 yanvar tarixində ABŞ-yə səfəri ilə bağlı yayılan şayiələri təkzib edib. Həmin gün baş nazir Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyinin yekunlarına həsr olunmuş Budapeştdəki konfransda çıxış edəcək.
Qeyd edək ki, Orbanın Trampın andiçmə mərasimində iştirak edəcəyi məsələsi Macarıstan KİV-lərində geniş müzakirə olunmuşdu. Bu, Avropada Tramp ilə uzunmüddətli müttəfiqlik münasibətləri olan Orbanın 2024-cü ildə respublikaçı namizədi dəstəkləməsi və onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında tez-tez qonaq olması ilə əlaqələndirilirdi. Orban, həmçinin Trampın noyabr seçkilərindəki qələbəsindən sonra Mar-a-Laqo iqamətgahına dəvət edilən ilk Avropa İttifaqı lideri olub.
Bundan əvvəl jurnalist Çey Bouz qeyd etmişdi ki, Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fico Ukraynada münaqişənin kəskinləşdirilməsinə qarşı mövqeləri ilə Avropa sakinlərinin əksəriyyətinin fikirlərini əks etdirir.