Macarıstanın Baş naziri Viktor Orban Çin səfərindən sonra ABŞ-yə yola düşüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Macarıstan lideri Pekindən sonra Vaşinqtona yola düşdüyünü bildirib. O, ABŞ-yə səfərinin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, V.Orban bu gün Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Görüşün təfərrüatları açıqlanmayıb.