Macarıstanın Baş naziri Viktor Orban Gürcüstana rəsmi səfər edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımında bildirib.
"Seçkilərdən sonra Gürcüstana rəsmi səfər. Gürcüstan mühafizəkar, xristian və Avropa yönümlü dövlətdir. Lazımsız mühazirələr oxumaq əvəzinə, onların Avropaya gedən yolda dəstəyimizə ehtiyacı var”, - deyə Orban vurğulayıb.
Qeyd edək ki, Macarıstan baş nazirinin ölkəyə səfəri Gürcüstanın müxalifət nümyəndələri tərəfindən etirazla qarşılanıb.
Media reports that people are booing Orban as he arrives at the Tbilisi Marriott Hotel, where opposition members and diplomats are meeting. pic.twitter.com/zFIEFHHiy6
— Katie Shoshiashvili (@KShoshiashvili) October 28, 2024