Bu gün oxucularına sürətli xəbər təqdim etməyi ilə seçilən “Operativ Media”nın 1 yaşı tamam olur. “Operativ Media” qısa zaman ərzində yüzminlərlə oxucu sayına çatmış azsaylı informasiya portallarından biridir. 

Operativmedia.az saytında 24 saat fasiləsiz dünya və ölkəmizdə baş verən ən son rəsmi xəbərlər, özəl materiallar, araşdırmalar və siyasi analtik məqalələr dərc olunur. 

Sayt fəaliyyətinə görə bir neçə qurum və təşkilat tərəfindən təltif olunub.

“Operativ Media”nın hazırda 5 əməkdaşı var. Portala Fərrux Qocamanlı rəhbərlik edir. Sayt öz oxucularına “İqtisadiyyat”, “Siyasət” “Gündəm”, “İdman” və digər kateqoriyalarda xəbərlər çatdırır. 

İqtisadiyyat.az kollektivi adından “Operativ Media”nı 1 yaşı münasibətilə təbrik edirik!