Ötən ay "OPEC+" sazişində iştirak edən ölkələr neft hasilatını gündəlik 120 min barel azaldaraq 34,74 milyon barelə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) mart ayı hesabatında deyilir.

Saziş çərçivəsində "OPEC+" ölkələri tərəfindən könüllü azalmalar nəzərə alınmaqla hasilatın hədəf səviyyəsi fevral ayı üçün sutkada 34,32 milyon barel təşkil edib. Beləliklə, hasilat, planı 420 min barel üstələyib.

Rusiya fevral ayında neft hasilatını gündəlik 20 min barel artıraraq 9,42 milyon barelə çatdırsa da, kvotadan 30 min barel aşağı istehsal edib.

 

Gözəl Həşimova