Ötən ay Rusiya neft hasilatını sutkada 119 min barel azaldaraq 9,182 milyon barelə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Məlumata görə, apreldə bu rəqəm 9,301 milyon barel, martda isə 9,476 milyon barel olub.

Bundan əvvəl Rusiyanın Energetika Nazirliyi bəyan edib ki, Rusiya hasilatın azaldılmasında yaranan texniki çətinliklər səbəbindən aprel ayında "OPEC+" sazişi çərçivəsində neft hasilatının hədəflənmiş səviyyəsini bir qədər ötüb.

 

Gözəl Həşimova