Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illərdə qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu müvafiq olaraq gündəlik 2,2 milyon barel və 1,8 milyon barel səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, bu il qlobal neft tələbinin gündəlik 104,46 milyon barelə, 2025-ci ildə isə 106,3 milyon barelə çatacağı gözlənilir.

Təşkilat qeyd edib ki, bu il neft tələbi hava nəqliyyatına tələbin artması, yol nəqliyyatı fəaliyyətinin bərpası, o cümlədən sənaye, tikinti və kənd təsərrüfatı sahələrində artan fəaliyyətlərlə dəstəklənəcək.

 

Gözəl Həşimova