"OPEC+" ölkələri ötən ay neft hasilatını sutkada 140 min barel azaldıb, lakin könüllü məhdudiyyətlər nəzərə alınmaqla gündəlik 850 min barel neft hasil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında verilir.

Məlumata görə, "OPEC+" ölkələri tərəfindən saziş çərçivəsində könüllü azalmalar nəzərə alınmaqla hasilatın hədəf səviyyəsi avqust ayı üçün sutkada 33,71 milyon barel təşkil edib. Bu ölkələrin faktiki hasilatı isə 34,56 milyon barel olub. Beləliklə, planın artıqlaması təxminən 850 min barel olub.

IEA-nın məlumatına görə, ən çox hasilat öhdəliklərini İraq (gündə 470 min barel), BƏƏ (390 min barel), Rusiya (130 min barel) və Küveyt (110 min barel) üstələyir.

 

Gözəl Həşimova