Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illərdə qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu yenidən müvafiq olaraq sutkada 2,2 milyon barel və 1,8 milyon barel səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in iyun hesabatında qeyd olunub.

Təşkilat bu ilin əvvəlindən bəri öz qiymətləndirməsini dəyişməyib. Hesabata görə, bu il neft tələbi 104,46 milyon barel, gələn il isə 106,31 milyon barel təşkil edə bilər.

Bu il neft tədarükünün artımının əsas amilləri ABŞ, Kanada, Braziliya və Norveç hesabına olacaq. 2025-ci ildə bu ölkələrdə də istehsalın artımı proqnozlaşdırılır və hasilatın ən əhəmiyyətli azalması Anqolada olacaq.

 

Gözəl Həşimova