Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illərdə qlobal neft tələbinin artım proqnozunu yenidən müvafiq olaraq sutkada 2,2 milyon barel və 1,8 milyon barel səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun iyul ayı üzrə hesabatında deyilir.

Məlumata görə, dünyada neftə tələb bu il 104,46 milyon barel, gələn il isə 106,31 milyon barel təşkil edə bilər.

OPEC, həmçinin "OPEC+"a daxil olmayan ölkələrdən neft tədarükünün artımı ilə bağlı proqnozunu saxlayıb. Belə ki, bu il neft tədarükünün 1,2 milyon barel artaraq 53 milyon barelə, 2025-ci ildə 1,1 milyon barel artaraq 54,1 milyon barelə çatacağı gözlənilir.

 

Gözəl Həşimova