İqtisadiyyat.az xəbər verir ki, bu məlumatlar Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar hesabatında təqdim olunub.

Qeyd edilib ki,  könüllü məhdudiyyətlər və kompensasiyalar nəzərə alınmaqla "OPEC+" ölkələri sutkada 930 min barel neft hasil edib.

Nigeriya dekabrda neft hasilatını ən çox artıran ölkə olub - sutkada 1,51 milyon barelə qədər.

Eyni zamanda, İraq, Qazaxıstan və Rusiyadan könüllü azalmalar və kompensasiyalar nəzərə alınmaqla, saziş çərçivəsində "OPEC+" ölkələri tərəfindən hasilatın hədəf səviyyəsi sutkada 33,72 milyon barel, faktiki hasilat isə 34,64 milyon barel olub. Beləliklə, plan gündəlik 930 min barel olub.

IEA-nın hesablamalarına görə, dekabrda hasilat öhdəliklərini ən çox İraq (340 min barel), BƏƏ (310 min barel) və Rusiya (300 min barel/gün) üstələyib.

 

Gözəl Həşimova