İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) fevral ayı üzrə hesabatında deyilir.
Bununla yanaşı, ölkələr könüllü məhdudiyyətlər və kompensasiyalar nəzərə alınmaqla planı sutkada 520 min barel artıqlaması ilə yerinə yetiriblər.
IEA-nın məlumatına görə, İraq, Qazaxıstan və Rusiyadan könüllü azalmalar və kompensasiyalar nəzərə alınmaqla, saziş çərçivəsində "OPEC+" ölkələrinin hədəf hasilat səviyyəsi sutkada 33,86 milyon barel, faktiki hasilat isə 34,38 milyon barel olub. Beləliklə, plandan artıq istehsal həcmi təqribən 520 min barel səviyyəsində olub.
Qeyd edilib ki, yanvar ayında hasilat üzrə öhdəliklərini ən çox yerinə yetirən ölkələr BƏƏ (290 min barel), Rusiya (240 min barel) və İraq (200 min barel) olub.
Eyni zamanda, Nigeriyada hasilat sutkada 160 min barel azalaraq 1,35 milyon barel olub. Ölkə OPEC+ kvotalarından sutkada 150 min barel geri qalır.
Gözəl Həşimova