"OPEC+" sazişində iştirak edən ölkələr iyun ayında neft hasilatını gündəlik 70 min barel artıraraq 37,03 milyon barelə çatdırıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyul hesabatında deyilir.

Məlumata görə, alyans ölkələri arasında ən böyük neft istehsalçıları olan Rusiya və Səudiyyə Ərəbistanı isə hasilat səviyyəsini – gündəlik 9,45 milyon və 9,98 milyon barel səviyyəsində saxlayıblar. İyun ayı üçün saziş çərçivəsində "OPEC+" ölkələri tərəfindən hasilatın hədəf səviyyəsi 39,57 milyon barel, faktiki hasilat isə 37,03 milyon barel təşkil edib. Beləliklə, plandan geri qalma 2,55 milyon barel səviyyəsində olub.