"OPEC+" sazişində iştirak edən ölkələr bu gün nazirlərin monitorinq komitəsinin onlayn iclasını keçirəcək.
İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 15:00-a planlaşdırılıb.
Bu dəfə yalnız nazirlərin monitorinq iclası planlaşdırılır və bu görüş zamanı alyansın gələcək neft hasilatı siyasəti ilə bağlı tövsiyələr müəyyən edilir. Bu halda, komitə zərurət yaranarsa, istənilən vaxt "OPEC+"un ümumi yığıncağını tələb edə bilər.
Nazirlərin monitorinq iclası iki ayda bir keçirilir. Sonuncu belə görüş fevralın 1-də keçirilib. İyunun 1-nə bütün "OPEC+" ölkələrinin nazirlərinin ümumi iclası planlaşdırılır.
Gözəl Həşimova