İraq və Qazaxıstan neft hasilatındakı çatışmazlıqları kompensasiya etmək üçün OPEC katibliyinə yenilənmiş planlarını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in bəyanatında deyilir.

Məlumata görə, onlar yanvar-iyul aylarında "OPEC+" sazişi üzrə planın artıqlığını nəzərə alacaqlar.

Belə ki, yenilənmiş plana əsasən, İraq neft hasilatının sutkada 1,44 milyon barel, Qazaxıstan isə 699 min barel azalmasını kompensasiya etməli olacaq. Kompensasiya müddəti 2025-ci ilin sentyabr ayına qədər davam edəcək.

 

Gözəl Həşimova