OPEC-in növbəti iki il ərzində qlobal neft tələbində güclü artım proqnozlaşdırması qiymətləri bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin mart müqaviləsində bir barelin qiyməti 21 sent və ya 0,3% bahalaşaraq 78,09 ABŞ dolları olub.

“WTI" markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 40 sent və ya 0,6% artaraq 72,96 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova