Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı may ayında gündəlik 29 min barel artaraq 26 milyon 629 min barelə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq neft bazarı hesabatında deyilir.

Məlumata görə, may ayında xam neft hasilatı ən çox Səudiyyə Ərəbistanı, Küveyt, Liviya və Konqoda azalıb. Eyni dövrdə qrupun ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında gündəlik hasilat 32 min barel, Küveytdə 15 min barel, Liviyada 14 min barel, Konqoda isə 11 min barel azalıb.

Ötən ay dünyada qazma quyularının sayı 51 ədəd azalaraq 1746-ya çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 3 ədəd, qeyri-OPEC ölkələrində isə 48 ədəd azalıb.

 

Gözəl Həşimova