Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı ötən ay yanvar ayı ilə müqayisədə gündəlik 203 min barel artaraq təxminən 26 milyon 570 min barelə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Hesabata görə, fevral ayında xam neft hasilatı ən çox Liviya, Nigeriya və Səudiyyə Ərəbistanında artıb. İran hasilatın ən çox azaldığı ölkə olub. Sözügedən ölkəni müvafiq olaraq İraq və Küveyt izləyib.

Gündəlik neft hasilatı Liviyada 144 min barel, Nigeriyada 47 min barel, Səudiyyə Ərəbistanında isə 18 min barel artıb. Eyni dövrdə neft hasilatı İranda 15 min barel, İraqda 14 min barel və Küveytdə 8 min barel azalıb.

Bundan əlavə, ötən ay dünyada qazma quyularının sayı 21 ədəd artaraq 1885-ə çatıb.

 

Gözəl Həşimova