Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı fevral ayında əvvəlki ayla müqayisədə gündəlik 154 min barel artaraq 26 milyon 860 min barelə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq neft bazarı hesabatında deyilir.
Məlumata görə, keçən ay Qabon və Konqodan başqa bütün üzv ölkələrdə xam neft hasilatı artıb.
Fevralda xam neft hasilatının ən böyük artımı İran və Nigeriyada qeydə alınıb. İranda hasilat gündəlik 34 min barel artaraq 3 milyon 308 min barelə, Nigeriyada isə gündəlik 34 min barel artaraq 1 milyon 560 min barelə çatıb. Eyni dövrdə gündəlik hasilat Qabonda 6 min barel azalaraq 226 min barelə, Konqoda isə 1000 barel azalaraq 257 min barelə düşüb.
Gözəl Azadəliyeva