Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Bu barədə İqtisadiyyat.az "OPEC"in aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel olacaq. Bu da əvvəlki proqnozla müqayisədə 11 min barel azdır. Proqnozun azadılması may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.

 

Gözəl Həşimova