Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda gələn il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.

Məlumata görə, gələn il ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur.

Təşkilat 2024-cü il üçün Azərbaycanın maye tədarükünün təqribən 20 min barel artacağını və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.