Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Hesabat görə, gələn il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacaq. Bu da əvvəlki proqnozla eynidir.

Təşkilat bu il üçün Azərbaycanın maye tədarükünün təqribən 15 min barel artacağını və orta hesabla 700 min barel olacağını proqnozlaşdırır.

Artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələrindən əldə ediləcəyi proqnozlaşdırılır. “Azəri-Çıraq-Günəşli” yataqlarında da hasilat bu il yeni platformanın hesabına artmalıdır.

 

Gözəl Həşimova