Ötən ay Azərbaycanda gündəlik xam neft hasilatı 478 min barel təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in iyun hesabatında qeyd olunub.

Hesabata əsasən, bu ilin aprelində Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib.

Məlumata görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 477 min barel səviyyəsində olub, bu da ötən ilin 4-cü rübü ilə müqayisədə 10 min barel azdır.